This isn't an official website of the European Union

İnsan Hüquqları Günü münasibətilə Ali Nümayəndənin Aİ adından Bəyanatı, 10 dekabr 2019

10.12.2019

Bu il Fundamental Hüquqlar Xartiyasının 10 illiyini və BMT-nin Uşaq Hüquqları Konvensiyasının 30 illiyini qeyd edirik. Dünyada hüquqlar hələ də bu çağırış olaraq qalır. İnsan hüquqlarının pozulmasında əsas qurbanlar xüsusilə də uşaq və gənclərdir. Onlar sığınacaq axtarmağa məcbur qalır, əsgər kimi səfərbər olunur, işləməyə məcbur qalır və ya öz iradələrinə qarşı ailələrindən ayrılırlar.

Dünyanın bir çox yerində vətəndaşlar insan hüquqları naminə fəallıq edir. İnsan hüquq müdafiəçiləri onların mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarına hörmət göstərilməsini tələb edərək küçələrə çıxırlar. Xüsusilə də gənclər getdikcə daha çox öz hüquq və gələcəklərinin müdafiəsinə durur.

 

Dünyanın dəyişən bu mənzərəsində Avropa İttifaqı çoxtərəfli sistemin ən güclü dəstəkləyicisi olaraq qalır. Bu, insan hüquqlarının təbliği və müdafiəsinin sütunudur. Avropa ittifaqı süni intellekt və ya iqlim dəyişikliyi kimi yeni məsələlərə diqqət yönəltməklə uzun müddətli öhdəliyini qüvvətləndirəcəkdir.

 

Aİ bütün qadın və qızların öz insan hüquqlarından tam şəkildə istifadə etməsi baxımından böyük öhdəlik götürdüyünü bir daha təsdiq edir. Avropa İttifaqının qlobal iştirakçı kimi rolunun intensivləşməsi 2019-ci ildə İnsan Hüquqları Şurası və BMT-nin Baş Assambleyasında mühüm uğurların əldə edilməsi ilə nəticələndi. Avropa İttifaqı xüsusilə də Uşaq Hüquqları və Dini və ya Etiqad Azadlığı istiqamətində irəliləyişə töhfə etdi. O, Koreya Xalq Demokratik Respublikası, Myanmar və Suriyada insan hüquqları ilə bağlı problematik vəziyyətlərdə razılaşma əldə etdi. Insan hüquqları gündəliyində irəliləmək üçün Avropa İttifaqı vətəndaş cəmiyyəti, insan hüquq müdafiəçiləri, akademik heyət, özəl sektor və bir çox digərləri ilə tərəfdaşlığı davam etdirdi.

 

Vətəndaş cəmiyyətini təmsil edən təxminən 200 fəal və insan hüquq müdafiəçisinin iştirakı ilə 3-4 dekabr tarixlərində Brüsseldə keçirilmiş Aİ-QHT Forumunda ədalətli mühitin hökm sürəcəyi gələcəyin qurulmasında Avropa İttifaqının rolu araşdırılmış, hədəfə alına biləcək tədbirlərlə bağlı tövsiyyələr verilmişdir. Torpaq və təbii sərvətlərin idarə olunması bu gün dünyanın üzləşdiyi ən mühüm çağırışlardan biridir.

Avropa İttifaqı insan hüquq müdafiəçilərinin çox zaman ağır şəraitdə və şəxsi narahatlıq keçirərək işləməsinin vacib olduğunu anlayır. Avropa İttifaqı bütün tərəfdaşlarını insan hüquq müdafiəçilərinin çətinlik və qorxudan azad şəkildə təhlükəsiz və əlverişli mühitdə işləməsi üçün şərait yaratmağa çağırır.

 

Avropa İttifaqı mövcud və yeni çağırışlara səmərəli və mütərəqqi reaksiyanın göstərilməsinə cəlb olunmuş bütün ölkələr, təşkilat və fərdi şəxslərlə birgə insan hüquqlarını qorumağa, təbliğ və həyata keçirməyə davam edəcəkdir. Biz çox nailiyyət əldə etmişik, ancaq görüləcək işlər hələ də çoxdur.