How to Engage with COP29: an essential series of webinars for CSOs in Azerbaijan
COP29-da Səmərəli İştirak: Azərbaycandakı Vətəndaş Cəmiyyəti Təşkilatları üçün Vacib Vebinarlar Seriyası
2024-cü ilin noyabr ayında BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflərinin Konfransının (COP29) 29-cu sessiyası Bakıda, Azərbaycanda keçiriləcək. Əvvəlki COP sessiyalarında olduğu kimi indi də həm yerli, həm də beynəlxalq səviyyədə vətəndaş cəmiyyəti nümayəndələrinin bu prosesdə iştirak etmək imkanı olacaq. COP29-da iştirak qlobal iqlim siyasətinə təsir göstərmək, habelə yerli ehtiyacları və prioritetləri müdafiə etmək üçün platforma yaradır. Bu isə vətəndaş cəmiyyəti təşkilatları üçün son dərəcə əhəmiyyətlidir.
Əgər siz COP29 haqqında daha çox məlumat əldə etmək istəyən fəalsınızsa və ya vətəndaş cəmiyyəti təşkilatının üzvüsünüzsə, bu 3 saatlıq vebinarlara qeydiyyatdan keçə bilərsiniz. Nəzərə alın ki, iştirak üçün ətraf mühit mütəxəssisi olmağa gərək yoxdur, bu vebinarlar vətəndaş cəmiyyətinin bütün üzvləri üçün nəzərdə tutulub.
Vebinar 1: COP nədir və vətəndaşlar üçün niyə vacibdir?
17:30-18:30 (Bakı vaxtı) / 15:30-16:30 (CET) 16 sentyabr 2024
Vebinar 2: Yerli vətəndaş cəmiyyəti COP29-da necə iştirak edə bilər?
17:30-18:30 (Bakı vaxtı) / 15:30-16:30 (CET) 18 sentyabr 2024
Vebinar 3: İqlim maliyyəsini anlamaq
17:30-18:30 (Bakı vaxtı) / 15:30-16:30 (CET) 20 sentyabr 2024
Bütün vebinarlar ingilis dilində keçiriləcək və sinxron şəkildə Azərbaycan dilinə tərcümə olunacaq.
Öncədən qeydiyyat:
Vebinarlara qeydiyyatdan keçmək üçün qeydiyyat formasını tamamlamağınız xahiş olunur:
https://us06web.zoom.us/webinar/register/WN_zYkEb7FoTH2t9auORhScog
Qeydiyyatdan keçdikdən sonra vebinarlara qoşulmaq üçün lazım olan link “email”inizə gələcək.
Bu vebinarlar seriyası Aİ tərəfindən maliyyələşdirilən "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Mexanizmi" layihəsi tərəfindən təşkil olunur və İqlim Fəaliyyəti Şəbəkəsinin (CAN) regional mərkəzinin əməkdaşlığı ilə həyata keçirilir. CAN EECCA - Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (EECCA) regionunda fəaliyyət göstərən ən böyük iqlim QHT-ləri şəbəkəsidir. Şəbəkə 2008-ci ildən fəaliyyət göstərir və 130 ölkədə 1 500-dən çox vətəndaş cəmiyyəti təşkilatını birləşdirən “Climate Action Network International”ın bir hissəsidir. Hal-hazırda, regionun 11 ölkəsindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Rusiya, Tacikistan, Ukrayna) 53 QHT bu şəbəkənin üzvüdür. CAN EECCA regionun vətəndaş cəmiyyətinin güclü və təşkilatlanmış olmasını, EECCA ölkələrinin iqlim neytrallığına yönəlik siyasətlər həyata keçirməsini və bu proseslərin iqlim ədalətinə əsaslanan şəkildə uyğunlaşdırılmasını təmin etmək üçün çalışır.
Vebinar spikerlərimizi təqdim edirik:
Olha Boiko, CAN EECCA koordinatoru, Ukrayna
Olha Boiko şəbəkələşmə koordinatoru və fasilitatordur. O, 9 ildir ki, iqlim hərəkatında fəaliyyət göstərir. 2015-ci ildən bəri Olha iqlim dəyişikliyi və iqlim siyasəti mövzularında onlarla seminar, forum və düşərgə təşkil edib. O, vətəndaş cəmiyyəti müşahidəçisi kimi beş BMT iqlim konfransında (COP) iştirak edib və QHT-lərə danışıqlara hazırlaşmaqda, eləcə də vəsiqə (badge) və maliyyə vəsaiti əldə etməkdə köməklik göstərib. Hazırda Olha Dalan Fondunun “İştirakçı qərar qəbuletmə” komitəsində fəaliyyət göstərir.
Nuqzar Koxreidze, RICDOG-un sədri, Gürcüstan
Nugzar Kokhreidze Gürcüstanda fəaliyyət göstərən Tədqiqat-İntellektual Klub " Dialogue of Generations"ın (RICDOG) həmtəsisçisi və hazırkı sədridir. Onun əhatə etdiyi mövzular gənclərin iştirakının gücləndirilməsi, sosial dialoq və ekoloji təhsil sahələrindədir. O, CAN EECCA-nın İdarə Heyətinin rəhbəri kimi fəaliyyət göstərərək iqlim dəyişikliyi strategiyaları və dayanıqlı inkişaf təşəbbüslərinə töhfə vermişdir. Onun təcrübəsi BMT-nin Miqrasiya Agentliyi (IOM) və Berghof Fondu kimi beynəlxalq təşkilatlarda layihələrin koordinasiyasını əhatə edir. Burada o, iqlim dayanıqlığını sülh quruculuğu proseslərinə inteqrasiya edərək münaqişə bölgələrində müxtəlif proqramları koordinə etmişdir.
Rebekka Tissen, CAN International-da Çoxtərəfli proseslər üzrə qlobal rəhbər, Belçika
Rebekka hüquq sahəsində təcrübəyə malikdir və “Amnesty International” və “Lawyers without Borders” kimi böyük beynəlxalq QHT-lərlə əməkdaşlıq etmişdir. O, iqlim maliyyələşdirilməsi, "zərər və itki", insan hüquqlarının iqlim siyasətinə və iqlim məhkəmə işlərinə inteqrasiyası kimi məsələlər üzərində intensiv şəkildə işləyir. O, həmçinin Belçikada iqlim ambisiyasını və ədalətli keçidi irəli aparmaq üçün çalışan milli şəbəkə — Belçika İqlim Koalisiyasının siyasət üzrə koordinatoru olmuşdur.