This isn't an official website of the European Union

Aİ Nümayəndəliyinin Bəyanatı

“Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi bu yaxınlarda bəzi veb-saytların Avropa İttifaqının nümayəndələri ilə Azərbaycan siyasi partiyaları arasında keçirilən görüşlərə dair səsləndirdiyi iddiaları tamamilə təkzib edir. Həmin görüşlərin formatı və məzmunu ilə bağlı səsləndirilən bu iddialar tamamilə yanlışdır və reallığı əks etdirmir.

Biz Avropa İttifaqına, Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə, Aİ-nin Azərbaycandakı səfirinə və Aİ-nin Azərbaycandakı Nümayəndəliyinə qarşı bu cür dezinformasiya hücumlarından təəssüflənir və onları qətiyyətlə pisləyirik.

Aİ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Aİ Azərbaycanın mühüm və yaxın tərəfdaşı, o cümlədən onun ən mühüm ticarət tərəfdaşı və enerji sahəsində strateji tərəfdaşı olub və olmaqda davam edir. Aİ COP29 müvəffəqiyyəti və inklüzivliyini təmin etmək istiqamətində COP29 Azərbaycan Sədrliyi ilə əməkdaşlıq etmək əzmindədir.

Aİ Azərbaycan xalqının mənafeyi naminə, o cümlədən insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycanla birgə işləyir və Azərbaycan cəmiyyətinin bütün təbəqələri, o cümlədən siyasi partiyalar və vətəndaş cəmiyyəti ilə əlaqə saxlayır. Bundan əlavə, Aİ heç bir ölkədə heç bir seçkiyə müdaxilə etmir”.