This isn't an official website of the European Union

Aİ Yardımı və Əməkdaşlığı

Aİ Azərbaycanla Avropa Qonşuluq Siyasəti və onun şərq regional ölçüsü olan Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edir. 2018 -ci ildə Aİ və Azərbaycan siyasi dialoqumuza və əməkdaşlığımıza rəhbərlik edən dörd Şərq Tərəfdaşlığı prioriteti ilə birgə Tərəfdaşlıq Prioritetlərini təsdiqlədi.

Avropa İttifaqının Azərbaycana dəstəyi, Tərəfdaşlıq Prioritetlərində göstərilən siyasət məqsədlərini dəstəkləyərək, Azərbaycan vətəndaşlarının həyat keyfiyyətini nəzərəçarpacaq dərəcədə və aydın şəkildə yaxşılaşdırmağı hədəfləyir. Bu yardım Hökumətə birbaşa maliyyə dəstəyi, texniki yardım layihələri, vətəndaş cəmiyyətinə qrantlar və ya Erasmus+kimi Aİ proqramlarına çıxış şəklində ola bilər.