Bizim haqqımızda
Biz kimik
Avropa Komissiyasının Nümayəndəliyi Azərbaycanda 2008-ci ilin fevral ayında açılmışdı.
Lissabon Sazişin qüvvəyə mindiyi gündən, 1 dekabr 2009-cu ildən başlayaraq, Avropa Komissiyasının Nümayəndəliyi Azərbaycandakı Avropa İttifaqı Nümayəndəliyinə çevrilmişdi.
Bakıdakı Avropa İttifaqı Nümayəndəliyi dünya üzrə 140 Avropa İttifaqı Nümayəndəliklərdən biridir.
Avropa İttifaqı 27 Üzv Dövlətdən ibarət, 450 milyona yaxın əhalisi ilə dünyanın ən böyük ticarət blokudur.
Fəaliyyətimiz
Nümayəndəliyin mandatına aşağıdakılar daxildir:
- Azərbaycanın hökumət qurumları ilə hərtərəfli əlaqələrin saxlanması, Aİ, onun qurumları və proqramları ilə bağlı məlumatlandırmanın artırılması yolu ilə Azərbaycanla Avropa İttifaqı arasında siyasi və iqtisadi münasibətlərin təşviq edilməsi.
- Aİ ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq üzrə Sazişin icrasına nəzarət edilməsi.
- Aİ-nın inkişafı ilə bağlı ictimaiyyətin məlumatlandırılması, Aİ-nın fərdi siyasətlərinin izah və müdafiə edilməsi.
- Avropa İttifaqının yardım proqramlarında iştirak.
Bizim ofis
Nümayəndəliyin Rəhbəri
Peter MİXALKO
Siyasi, Mətbuat və İnformasiya Söbəsinin Rəhbəri
Qediminas VARANAVICIUS
Əməkdaşlıq Söbəsinin Rəhbəri
Viktor BOJKOV
Maliyyə, Müqavilələr və Audit Şöbəsinin Rəhbəri
Rafal LAPKOWSKI
İnzibati Şöbənin Rəhbəri
Joze-Mariya ROMERO-PRUCHE