AB ilə əlaqələr
Avropa İttifaqı və Azərbaycan
Aİ 1991-ci ildən başlayaraq Azərbaycanla get-gedə daha çox yaxınlaşır. O, iqtisadi inteqrasiyanı dərinləşdirməklə və ölkə ilə siyasi əməkdaşlığı artırmaqla, bu özül üzərində daha çox irəliləyişə nail olmaq istəyir.
Siyasi əlaqələr
Aİ və Azərbaycan müxtəlif siyasi sazişlər bağlamaq məqsədilə birgə çalışmışlar. Bunlardan ən vacibi aşağıdakıları təkmilləşdirmək məqsədi daşıyan Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişidir (1999):
- Ticarət.
- Sərmayə qoyuluşu.
- Iqtisadiyyat.
- Qanunvericilik.
- Mədəniyyət.
Azərbaycan Avropa Qonşuluq Siyasəti (AQS) və Şərq Tərəfdaşlığı təşəbbüsünə qoşulmuşdur.
Ölkə həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) üzvüdür.
Aİ və Azərbaycan arasında əlaqələrin hüquqi bazasının yenilənməsi ilə bağlı müzakirələr davam etməkdədir.
İqtisadi əlaqələr, ticarət, investisiyalar
Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı, ən böyük ixrac və idxal bazarıdır və ölkənin ən böyük sərmayədarıdır (təxminən 7 milyard avro birbaşa investisiya ilə).
Aİ Avropa Qonşuluq Siyasəti (AQS) və Şərq Tərəfdaşlığı təşəbbüsü vasitəsilə Azərbaycanla daha yaxın iqtisadi inteqrasiyanı dəstəkləyir.
Azərbaycan ÜTT-yə üzv olmaq üçün yardım məqsədilə Aİ-dən texniki yardım alır.
Enerji, Ətraf Mühit, İqlim Dəyişikliyi
Azərbaycan Aİ-nin strateji enerji tərəfdaşıdır və hazırda Aİ-nin qaz idxalının təxminən 5%-ni ödəyir. Cənub Qaz Dəhlizi Xəzər qazının Avropa bazarlarına çatdırılmasına yönəlmiş strateji təşəbbüsdür və Avropada enerji təhlükəsizliyinin artırılmasını təmin edən əsas alətlərdən biridir. Azərbaycan qazının 2020-ci ilin sonuna qədər Avropa bazarlarına çatacağı gözlənilir.
2019-cu ildə Azərbaycan Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlıq Fonduna (E5P) qoşularaq EU4Energy təşəbbüsü vasitəsilə enerjinin səmərəliliyi daxil olmaqla, enerji sektoru üzrə Aİ-nin növbəti dəstəyindən yararlanmaq imkanı qazanmışdır. Aİ, EU4Energy regional proqramı vasitəsilə enerji siyasəti məqsədlərinə nail olmaqda və enerji səmərəliliyini təkmilləşdirməkdə Azərbaycana kömək edir.
Ətraf mühit və iqlim dəqiyişikliyi ilə bağlı məqsədlər üzrə əməkdaşlıq gücləndirilmişdir. Aİ-nin dəstəyi ilə Su Təşəbbüsü +, Paylaşılan Ətraf Mühit İnformasiya Sistemi II (SEISII), EU4Climate və EU4Environment, xüsusilə hava keyfiyyəti və sənaye emissiyaları ilə əlaqəli ikitərəfli layihələr həyata keçirilib. Bu təşəbbüslər Azərbaycanın Paris Sazişinə verdiyi milli töhfələri yerinə yetirməyə və Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) nail olmağa kömək edir.
Mədəniyyət və Xalq Diplomatiyası
Mədəni və ictimai diplomatiya, Aİ-nin xarici siyasət işinin əsas istiqamətidir. Bu günə qədər Aİ Nümayəndəliyi Azərbaycanda müxtəlif Festivallar təşkil etmişdir. 2010-cu ildən başlayaraq, Avropa İttifaqı Nümayəndəliyi, Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında mədəni əlaqələri qurmaq və inkişaf etdirmək və Avropa film sənayesi vasitəsi ilə Avropa dəyərlərinin daha yaxşı anlaşılmasına töhfə vermək məqsədi ilə hər il Avropa Film Festivallarını təşkil edir.
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil olunan digər Festivallar arasında mədəniyyətlərarası dialoq, müxtəliflik və tolerantlıq dəyərlərini təbliğ etmək üçün “Imagine” Avro Tolerantlıq Festivalı; mədəni irsin nümayiş etdirilməsinə və qorunmasına ehtiyac barədə məlumatlılığı artırmaq üçün “Fantaziya” Mədəni İrs Festivalı; Azərbaycan cəmiyyətində və dünyada qadınların rolunu vurğulamaq üçün Beynəlxalq Müasir İncəsənət Festivalı “MAIDEN TOWER. To Be a Woman” vardır.
Aİ və onun Azərbaycandakı fəaliyyəti barədə məlumatlılığı artırmaq üçün Aİ Nümayəndəliyi Bakıda və Azərbaycanın bölgələrində “Avropa Şəhərciyi” və “EU4You” (Aİ sənin üçün) kimi tədbirlər təşkil edir.
Civil Society Dialogue
Vətəndaş cəmiyyəti və QHT-lər demokratiya, insan hüquqları, qanunun aliliyi, yaxşı idarəçilik, bazar iqtisadiyyatı prinsipləri və davamlı inkişaf üçün həyati əhəmiyyət daşıyır.
Avropa İttifaqı hər zaman vətəndaş cəmiyyətini təşviq etmək arzusunda olmuşdur. O, 1999-cu ildə Brüsseldə ilk Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu keçirməklə buna nail oldu. ŞT VCF Avropaya inteqrasiyanın təşviqinə, islahatlara və Azərbaycanın da daxil olduğu altı Şərq Tərəfdaşlığı ölkəsində demokratik transformasiyaların inkişafına yönəlmiş unikal çox qatlı regional vətəndaş cəmiyyəti platformasıdır.
Azərbaycanda Aİ xüsusi sahəvi alətlər vasitəsilə vətəndaş cəmiyyətinə dəstək verir: